Həkimlər xəstəni səhv saldı - Xəstəxanada skandal

Həkimlər xəstəni səhv saldı - Xəstəxanada skandal
22:32 4 Dekabr 2019
132 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika xəstəxanalarının birində qeyri-adi hadisə baş verib. Belə ki, həkimlərin səhvi üzündən xəstələr qarışıq düşüb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər böyrək transplantasiyası əməliyyatı həyata keçirib. Lakin böyrəyi köçürdükdən sonra məlum olub ki, bu həmin xəstə deyil. Xəstəxanadan bildiriblər ki, əslində böyrək oxşar adlı və eyni yaşlı digər bir xəstəyə köçürülməli imiş.

Xəstələrin səhv düşməsi isə yalnız əməliyyatdan bir gün sonra bəlli olub.Müayinə zamanı tibb bacısı xəstəyə növbədən kənar böyrək köçürüldüyünün fərqinə varıb. Bu hadisə işçilər "bənzərsiz hadisə" adlandırılıb.

Səhvən əməliyyaı gecikən xəstə isə bir həftə sonra əməliyyat edilib. Hazırda hər iki xəstənin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, hazırda Amerikada orqan transplantasiyası üçün növbəyə dayana 113 min şəxs var. Onlardan 95 mini isə böyrək köçürülməsini gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/807753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR