Cenifer Lopezin valehedici ÇIXIŞI - FOTO

Cenifer Lopezin valehedici ÇIXIŞI - FOTO
22:37 4 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

50 yaşlı pop kraliça Cenifer Lopez cəlbedici çıxışı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Nyu-Yorkda 29-cu dəfə "Gotham" Müstəqil Film Mükafatları sahiblərinə təqdim olunub. Mərasimin qonaqları arasında Cennifer Lopez və sevgilisi Aleks Rodrigez, Uma Turman, Olivia Uayld, Elizabet Moss və digər məşhurlar olub.

Əsas mükafat "Evlilik Hekayəsi" filminə verilib - "Ən yaxşı film" və "Ən yaxşı ssenari" nominasiyalarını qazanıb, eyni zamanda "Amerika fabriki" ekran işi "Ən yaxşı sənədli film" seçilib.

"Evlilik hekayəsi" filmində rol alan Adam Drayver "Ən yaxşı aktyor" , "Vida" filmindəki roluna görə isə Akvafina "Ən yaxşı aktrisa" adına layiq görülüb.

Qaliblər arasında "Bizi nə vaxt görəcəklər" və "PEN15" serialları da yer alıb.

Cennifer Lopez çıxışı üçün "Ralph & Russo" markasından bədəninə yapışan, lələklər və daşlarla işlənmiş yarımşəffaf və təkçiyinli qara libas seçib. O, obrazını almaz sırğa və qara məxmər tuflilərlə tamamlayıb. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR