İsmayıllıda 8 aylıq hamilə qadın ölüb

İsmayıllıda 8 aylıq hamilə qadın ölüb
22:37 4 Dekabr 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllıda ana olmağa hazırlaşan qadın dünyasını dəyişib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Talış kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü İbrahimova Nərminə Arif qızı yaşadığı evin hamam otağında çimərkən qəfildən halı pisləşib və yerə yıxılıb.
Ailə üzvləri onu halsız vəziyyətdə təcili tibbi yardım xidməti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
8 aylıq hamilə olan Nərminə İbrahimovanın ölümünün səbəbləri ilə bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-smayillida-8-ayliq-hamile-qadin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR