Alimlər göz qırpma zamanı ölçüsünü böyüdən linzalar yaradıblar

Alimlər göz qırpma zamanı ölçüsünü böyüdən linzalar yaradıblar
22:47 4 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Kaliforniya Universitetinin (ABŞ) alimləri göz qırpma zamanı ölçünü böyüdən kontakt linzalar yaradıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, kontakt linza gözlərin hərəkəti ilə idarə olunur və istifadəçi öz istəyi ilə görünən təsvirin miqyasını böyüdə bilər. Bunun üçün iki dəfə göz qırpmaq kifayətdir. Biometrik linzalar göz almacıqlarının hərəkəti zamanı yaranan elektron impulslara reaksiya verir.

Polimerlərdən hazırlanan linza 32%-dək böyümə qabiliyyətinə malikdir. Deformasiya zamanı fokus məsafəsi dəyişir.

Alimlər ehtimal edirlər ki, bu linzalardan müasir göz protezlərinin yaradılması üçün istifadə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR