“Japan Display” yeni nəsil ekranlar nümayiş etdirəcək

“Japan Display” yeni nəsil ekranlar nümayiş etdirəcək
07:22 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Japan Display" şirkəti qarşıdakı "FinTech JAPAN 2019" sərgisində ekranlar sahəsində yeni texnologiyalar nümayiş etdirəcəyini açıqlayıb. Belə ki, Yaponiya istehsalçısı tam şəffaf maye-kristal panel və yeni nəsil "micro-LED" ekranların təqdimatını planlaşdırır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni 12,3 düymlük displeyin əsas xüsusiyyəti rəngli filtrlərin və adi maye-kristal matrisaların ayrılmaz hissəsi olan polyarizatorların mövcud olmamasındadır. Bu, ekranı tam şəffaf etməyə imkan verib. Hətta rəngli görüntünü daxil edən zaman panelin arxasında nələrin baş verdiyini görmək mümkün olacaq. Yeni qurğunun təsvir ölçüsü bir düym üçün 125 piksel sıxlıqla 1440х540 piksel təşkil edir. Displey 4096-dək rəng çalarını göstərə bilir.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, panelin təsvirsiz buraxılış qabiliyyəti 87 faiz təşkil edir ki, bu da mütləq rekorddur. Maraqlıdır ki, displey vasitəsilə arxa paneldə real obyektləri ekranda göstərilənlərlə birləşdirmək mümkündür.

Yeni şəffaf displeyin təqdimatı dekabrın 4-6-da baş tutacaq. Yeni matrisaların seriyalı istehsalı isə 2020-ci ilə planlaşdırılır. "FinTech JAPAN 2019" sərgisində, həmçinin yüksək parlaqlıq və geniş baxış bucağına malik yeni nəsil "micro-LED" ekranlar təqdim olunacaq.

Yeni "micro-LED" displeylər işıqlandırmanın olmaması, eləcə də polyarizasiyalı və rəngli filtrin quraşdırılmaması ilə seçilir. Ölçüsü 1,6 düym təşkil edən prototipin təsvir ölçüsü 300х300 pikselə bərabərdir. Parlaqlıq baxış bucağı 178 dərəcədən çox olmaqla 3 min kandel kvadratmetrə (kd/m2) çatır.

"micro-LED" texnologiyası "OLED"dən sonra yeni nəsil displeylərdə yeni standart olacaq. Artıq "Apple" şirkəti bu panellərə maraq göstərməyə başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR