Daşkəsəndə 44 yaşlı kişini tanışları küt alətlə döydü

Daşkəsəndə 44 yaşlı kişini tanışları küt alətlə döydü
08:08 5 Dekabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonunda yerli sakin küt alətlə döyülüb.

“Report”un məlumatına görə, hadisə rayonun Çovdar kəndində qeydə alınıb. Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü Xanoğlan Salmanov tanıdığı şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb.

Özünün bildirdiyinə görə, gecə vaxtı kənd ərazisində küçədə gedərkən itlər ona hücum çəkib. Bu zaman itlərdən qorumaq məqsədilə həmkəndlisinin həyətinə girib.

Amma evdə olan şəxslər onu oğru hesab etdikləri üçün döyərək xəsarət yetiriblər. Əraziyə polis əməkdaşları çağrılıb.

Hadisənin dəqiq baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/298157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR