Elektrik enerjisindən istifadə etməyən yeni hesablama qurğusu təqdim edilib

Elektrik enerjisindən istifadə etməyən yeni hesablama qurğusu təqdim edilib
08:12 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Massaçusets Texnologiya İnstitutunun (MTİ) alimləri tərəfindən hesablama prosesləri üçün təklif edilmiş yeni metod sayəsində qurğu elektrik enerjisindən istifadə etməyəcək və istilik ayrılmayacaq. Alimlər bunun üçün maqnit materialları və onların xüsusiyyətlərindən istifadə ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, onlar, həmçinin kvant effektlərindən istifadə edirlər (məsələn, elementar zərrəciklərin spin anının daşınması). Beləliklə, onların qurğusu elektrik enerjisi sərf etmədən, yalnız maqnit və spin effektləri ilə bir vəziyyətdən digərinə keçə bilər. Alimlər əmindirlər ki, yeni metod ətraf mühitə zərərli maddələrin atılmasını azaltmağa imkan verəcək və gələcəkdə qurğuların gücünü artıracaq.

Ənənəvi kompüterlər hesablamalar və məlumatların saxlanılması üçün böyük miqdarda elektrik enerjisi istifadə edirlər və boş-boşuna xeyli istilik ayrılır. Tədqiqatçılar daha səmərəli alternativ axtarışı üçün nisbətən az elektrik enerjisi sərf edən və demək olar, istilik ayrılmayan maqnit əsasında "spinotron" qurğuların hazırlanmasına başlayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR