“Nokia 800 Tough” telefonu üçün ilkin sifariş artıq əlçatandır

“Nokia 800 Tough” telefonu üçün ilkin sifariş artıq əlçatandır
08:32 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"HMD Global" şirkəti "Nokia 800 Tough" telefonu üçün ilkin sifarişi əlçatan edib. Zərbəyə davamlı telefonun qiyməti 210 manat təşkil edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Nokia 800 Tough" aparatı ABŞ-ın "MIL-STD810G" hərbi standartına uyğundur, "IP68" standartı üzrə su və toza qarşı dayanıqlıdır. İstehsalçının iddiasına görə, telefon -20-dən 55 selsi dərəcəyədək temperaturda işləyə bilir. Telefonun avtonom işləmə müddəti 40 gündür.

"KaiOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən telefona "Facebook", "WhatsApp", "Google Assistant" və başqa xidmətlər quraşdırılıb. "Nokia 800 Tough" aparatı 240x320 nöqtə təsvir ölçülü 2,4 düymlük displey və 2 meqapiksellik kamera ilə təchiz edilib. Telefon bu ilin sentyabrında "IFA" sərgisində nümayiş etdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR