Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
20:48 16 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunan tədbir keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrin xalqımıza və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olduğunu söyləyib.
G.Baxşəliyeva qeyd edib ki, həmin gecə Azərbaycan xalqı müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Şəhidlərimiz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti şərəfli səhifəni yazdılar.
Bildirilib ki, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev faciənin ertəsi gün Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.
Diqqətə çatdırılıb ki, yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib.
Tədbirdə digər çıxış edənlər də 20 Yanvar faciəsinin başvermə səbəblərindən, acı nəticələrindən söz açıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR