Azərbaycan Rusiyaya turist səfərlərinə görə TOP-5-də yer alıb

Azərbaycan Rusiyaya turist səfərlərinə görə TOP-5-də yer alıb
10:57 5 Dekabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "TurStat" analitik agentliyi 2019-cu ilin ilk 9 ayının nəticələri əsasında Rusiyaya gələn turistlərin ölkə mənsubiyyətləri üzrə reytinqini tərtib edib.
"Report" xəbər verir ki, Azərbaycan göstərilən dövrdə Rusiyaya 684 min turist səfəri ilə reytinqdə 4-cü yeri tutub.
Səfərlərin sayında artım qeydə alınıb. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% və ya 19 min nəfər təşkil edib.
Hesabat dövründə Rusiyaya gedən xarici vətəndaşların ümumi sayı 19 milyon 64 min təşkil edib ki, bu da keçən illə müqayisədə cüzi azalma deməkdir: 2018-ci ilin ilk 9 ayında Rusiyaya 19 milyon 245 min nəfər səfər etmişdi.
Reytinqdə 1-ci yeri 5 milyon 944 min səyahətlə (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% və ya 429 min səfər azdır) Ukrayna tutub. TOP-5-də həmçinin Qazaxıstan (2 milyondan çox səfər), Çin (1,594 milyon səfər) və Finlandiya (681 min səfər) qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm/azerbaycan-rusiyaya-turist-seferlerine-gore-top-5-de-yer-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR