Quduz itlərdən qorunmaq üçün başqasının həyətində gizlənən kişi döyüldü

Quduz itlərdən qorunmaq üçün başqasının həyətində gizlənən kişi döyüldü
11:12 5 Dekabr 2019
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonunda döyülmə hadisəsi qeydə alınıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndində baş verib. 
 
1975-ci il təvəllüdlü Xanoğlan Salmanov döyülərək müxtəlif bədən xəsarətləri alıb. 
 
Zərər çəkmişin sözlərinə görə, kəndin ərazisində küçə itləri ona hücüm ediblər və o qorxusundan bir evin həyətinə girib. Ev sahibi isə "dəvətsiz qonağı" oğru hesab edərək onu döyüb. 
 
Fakt polis əməkdaşları tərəfindən araşdırılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/807843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR