Abşeronda 25 yaşlı qadın qətlə yetirilməyib, xəstəlikdən ölüb - YENİLƏNİB

Abşeronda 25 yaşlı qadın qətlə yetirilməyib, xəstəlikdən ölüb - YENİLƏNİB
12:22 5 Dekabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

12:22

Abşeronda evdən meyiti tapılan qadının xəstəlikdən öldüyü məlum olub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, həyata keçirilən araşdırmalar zamanı evdən meyiti tapılan Firuzə Verdiyevanın epilepsiya xəstəliyindən əziyyət çəkməsi və onun ölümünə də həmin xəstəliyin səbəb olduğu müəyyənləşib. 

Qeyd edək ki, hadisədən dərhal sonra ilkin ehtimal kimi F. Verdiyevanın qətlə yetirilməsinə dair xəbərlər yayılmışdı.  

----------
09:42

Abşeron rayonunda qətl hadisəsi törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsindəki evlərdən birində baş verib. Evə keçirilən baxış zamanı 1994-cü il təvəllüdlü Verdiyeva Firuzə Kamandar qızının meyiti aşkarlanıb. Meyitə baxış zamanı onun bıçaqlanaraq öldürüldüyü məlum olub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, F.Verdiyeva Goranboy rayon sakinidir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/807845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR