"Fənərbağça"nın futbolçusu: "Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq"

"Fənərbağça"nın futbolçusu: "Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq"
12:32 5 Dekabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

“Baş məşqçimiz şansa verərsə, milli komandada oynamağı çox istərdim. Bu, hər kəsin hədəfidir. Qrupumuz çətin olsa da, imkansız heç nə yoxdur. Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”.
“Report” xəbər verir ki, bunu “Sabah”a müsahibəsində Türkiyə millisinin futbolçusu Deniz Türüç komandanın AVRO-2020-dəki şanslarını dəyərləndirərkən deyib.
Püşkə əsasən, “ay ulduzlular” Avropa çempionatında İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda yer alıblar. “Fənərbağça”nın formasını geyinən 26 yaşlı yarımmüdafiəçi ilk hədəflərinin qrupdan çıxmaq olduğunu bildirib.
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fenerbagca-nin-futbolcusu-azerbaycanda-oynayacagimiz-matclarda-ev-sahibi-kimi-olacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR