Gələn ilin yanvarında doktorantlar üçün ingilis dilindən imtahan keçirilə bilər

Gələn ilin yanvarında doktorantlar üçün ingilis dilindən imtahan keçirilə bilər
12:42 5 Dekabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

"Doktoranturaya qəbul imtahanında ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, hazırda namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır.
M.Abbaszadənin sözlərinə görə, I mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq: "Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik və təbii ki, bu ödənişli olacaq".
O qeyd edib ki, qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqları dərc olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/yanvarda-doktorantlar-ucun-ingilis-dilinden-imtahan-kecirile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı