Xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb

Xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb
14:22 5 Dekabr 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bu ilin sonuna qədər 10 ölkədə Azərbaycan evləri fəaliyyətə başlayacaq, gələn il daha 8 ölkədə Azərbaycan evləri yaradılacaq.

Komitə sədri əlavə edib ki, xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib.

F.Muradov vurğulayıb ki, Azərbaycan evlərinin yaradılması prosesi növbəti illərdə də davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/807983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR