Türkiyə futbolunun əfsanəsi Bakıya toya gəlibmiş

Türkiyə futbolunun əfsanəsi Bakıya toya gəlibmiş
14:57 5 Dekabr 2019
121 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı"nın sabiq baş məşqçisi Bülənt Korkmaz AFFA ilə danışıqlar aparmasını təkzib edib.

Milli.Az xəbər verir ki, Türkiyə yığmasının 51 yaşlı sabiq kapitanı Azərbaycana yaxındakı son səfərinə toxunub: "İki həftə əvvəl Bakıya gəlmişdim. Azərbaycanda çoxlu dostum var. Onlardan bir məni övladının toyuna dəvət etmişdi. Mən də bu dəvəti böyük məmnuniyyətlə qəbul etdim və Bakıya təşrif buyurdum. Əlbəttə, toyda iştirak etməyə, eyni zamanda dostlarımı görməyə şad oldum".

Fevralda millimizin baş məşqçisi Nikola Yurçeviçin müqaviləsi bitəcək və AFFA onunla anlaşmanı, çox güman, uzatmayacaq. 51 yaşlı Korkmazın sözlərinə görə, paytaxtımıza səfərində AFFA ilə danışıqlar aparmayıb: "Sizi əmin edirəm ki, assosiasiyanızdan heç kim mənimlə görüşməyib və Azərbaycan millisinin baş məşqçisi postuna təyinatı ilə bağlı heç kim danışıq aparmayıb. Toya gəldim və növbəti gün İstanbula qayıtdım". (Footbal24.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/807997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR