Miroslav Layçak: ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır

Miroslav Layçak: ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır
15:08 5 Dekabr 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır.

Trend-in məlumatına görə, bunu Slovakiyanın xarici işlər naziri və ATƏT-in hazırkı sədri Miroslav Layçak ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasının iştirakçılarına ünvanlanmış müraciətində deyib.

M.Layçak bildirib ki, dünyada təhlükəsizlik üzrə inklüziv və hərtərəfli regional təşkilat olaraq ATƏT zamanın sınağından uğurla keçib:

“Təşkilatın əsasını norma, prinsip və öhdəliklərin toplusu təşkil edib. Həmçinin təşkilat vəziyyətə uyğunlaşmağa və inkişaf etməyə davam edən praktik vasitə və mexanizmlərə malikdir. ATƏT-in prinsip və öhdəlikləri münaqişələrin qarşısının alınması və bütün ATƏT regionunda sabitliyin möhkəmləndirilməsi üzrə işimizin mərkəzində dayanmalıdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/karabakh/3159211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR