Rusiyanın Sankt-Peterburq şəhərində zəncirvari qəza olub.
"Audi" markalı avtomobil piyada keçidinin qarşısında "Mercedes" markalı maşınla toqquşub.
Zərbənin təsirindən avtomobil yolun qazonla ayrılan hissəsinə düşərək, işıq dirəyini qırıb və qarşı tərəfdə olan 11 avtomobili zədələyib.
Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Audi"nin sürücüsü olan qızın qəzanı təlim zamanı törətdiyi bildirilib.
Milli.Az