“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb (FOTO)

“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb (FOTO)
16:22 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində bağlanmış müqaviləyə əsasən, tərəflər göstərilən beynəlxalq rabitə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə şəbəkələri qarşılıqlı test edəcək.

Test işləri şəbəkənin ümumi keyfiyyət göstəricilərinin qiymətləndirilməsinə, arabağlantı kanallarına üçüncü tərəflər tərəfindən xoşagəlməz müdaxilə cəhdlərinin vaxtında müəyyən olunmasına və tədbirlərin görülməsinə, qanunsuz beynəlxalq səs trafikinin ötürülməsi ilə mübarizənin artırılmasına imkan yaradacaq.

Qeyd edək ki, “AzInTelecom” MMC tərəfindən hazırda 30-dan çox Avropa, Asiya, Amerika və Afrika qitəsində fəaliyyət göstərən beynəlxalq səs operatorları ilə ən son texnologiyalar və siqnallaşma sistemləri üzərindən 12,337 ədəd birbaşa texniki arabağlantı kanalları təşkil edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq səs trafikinin keyfiyyət göstəricilərinin yüksəldilməsi və rabitənin fasiləsizliyinin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3159262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR