Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım...
16:33 5 Dekabr 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

Nazir ötən gün ermənistanlı həmkarı ilə ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutmuş görüşü barədə danışıb: “Dünən görüşümüz təxminən üç saat yarım davam edib. Bu, kifayət qədər sərt danışıqlar oldu. Təəssüf ki, qarşımızda hələ də həll olunmamış problemlər qalır. ATƏT Minsk qrupu ilə müzakirə etdiyimiz məsələ münaqişənin nizamlanmasına mərhələli yanaşmadır. Əlbəttə ki, birinci addım münaqişənin başlıca fəsadlarının aradan qaldırılması, yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində vurğulandığı kimi, Qarabağ regionundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılması olmalıdır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/298217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR