Kim gözünə döymə vurdurmaq istəyir?

Kim gözünə döymə vurdurmaq istəyir?
20:53 16 Yanvar 2015
559 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ-ın Alyaska ştatında gözün ağına döymə vurdurmuş şəxs polisə hücum etdiyinə görə tutulub.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, hücum edən 39 yaşlı Ceyson Barnumun gözünə döymə vurdurduğu diqqət çəkib.

Gözün ağına döymə vurdurmanın tarixi 10 ildən azdır. Ancaq insanlar buna maraq göstərirlər.

C.Barnumun sağ gözünün ağı döymə nəticəsində tamamilə qara rəngə boyanıb. Bundan başqa, onun üzündə, başında, yanağında və alnında da döymələr var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2354276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR