Yeni parlament islahatların daha effektli şəkildə keçirilməsinə imkan verəcək - ŞƏRH

Yeni parlament islahatların daha effektli şəkildə keçirilməsinə imkan verəcək - ŞƏRH
18:33 5 Dekabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

“Milli Məclisin buraxılması ilə bağlı qəbul edilən qərar mərhələli şəkildə öz həllini tapıb və tam hüquqa uyğun bir prosesdir”.

Bu fikirləri Publika.az-a açıqlamasında sabiq diplomat, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" imzaladığı sərəncama münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, ölkədə geniş islahatların keçirilməsinə şərait yaradılır, imkanlar verilir: “Xüsusilə kadr islahatları, iqtisadi-sosial sahədə görülən tədbirlərin mühüm bir tərkib hissəsidir. Mən düşünürəm ki, yeni parlamentə yeni simalar, gənc təbəqənin nümayəndələri təcrübəli insanlarla birlikdə vahid bir sintez şəklində tərkib yaradacaq. Bu da islahatların daha effektli şəkildə keçirilməsinə tam imkan verəcək. Bu məsələlərdə parlamentin böyük bir rolu var. Çünki qanunverici fəaliyyətlə məşğul olmalıdır. Yeni qanunlar inkişafımıza uyğun, bizim maraqlarımıza cavab verən qanunlar qəbul olunmalıdır. Bu yolda belə bir prosesin getməsi Azərbaycanın inkişafına və maraqlarına cavab verir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/298230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR