Xidmət iti sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı

Xidmət iti sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı
21:01 5 Dekabr 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Kinoloji xidmət itinin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin arxa və ön oturacaqlarının altından 3000 ədəd "King" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3159348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR