PSJ-nin futbolçusu Kilian Mbappe klub tarixinin ən çox qol vuran 10 futbolçu siyahısına düşüb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Liqa 1-in 16-cı turunda "Nants"la oyunda dubl etməklə qol hesabını 71-ə çatdırıb. O, bu nəticəni 101 matçda qazanıb.
Həmin 10-luq:
1. Edisson Kavani -195 qol
2. Zlatan İbrahimoviç - 156 qol
3. Pedro Pauleta - 109 qol
4. Dominik Roştu - 100 qol
5. Mustafa Daleb - 98 qol
6. Fransua M'Pellet - 95 qol
7. Safet Suşiç - 85 qol
8. Anhel Di Maria - 78 qol
9. Rai - 72
10. Karlos Biançi, Kilian Mbappe - 71 qol
Milli.Az