Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
21:48 5 Dekabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə görə, DİN-in Mətbuat xidmətinin rəis müavini, “Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qeyd edək ki, C.Xaspoladov xidmətləri fəaliyyəti dövründə DİN-in bir çox mükafatlarına layiq görülüb, “İgidliyə görə” medalı ilə təltif olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/298257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR