Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır
21:50 5 Dekabr 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Nəsibova - Trend:

Hakim partiyanın Milli Məclisin buraxılması ilə bağlı təşəbbüsü Azərbaycanda keçirilən islahatlar kontekstinə uyğundur.

Bunu Trend-ə ekspert, Qərbi Kaspi Universitetinin professoru deyib.

O qeyd edib ki, sosial-iqtisadi sahədə keçirilən islahatlar kadr dəyişiklikləri ilə əlaqəlidir:

“Bu islahatlar qanunvericilik orqanına toxunmaya bilməzdi, çünki bir çox məsələlərin həlli, eləcə də vacib qanunverici aktların qəbulu parlamentdən asılıdır. İkincisi, fikrimcə, bu qərar yeni gənc kadrların cəlb olunması ilə bağlıdır ki, onlar siyasi və iqtisadi xarakterli proseslərə öz töhfələrini versinlər. Fikirləşirəm ki, gənc nəslin nümayəndələri təcrübəli kadrlarla birgə həyat səviyyəsinin yüksəldilməsinə yönələn vacib qanunvericilik aktlarını qəbul etməklə bir çox vacib məsələləri həll edəcəklər”.

Politoloq bildirib ki, Azərbaycan son dövrlərdə dünya siyasətində oynadığı rol baxımından ciddi siyasi qüvvəyə çevrilib:

“Bu amil ölkəmizin əhəmiyyətini beynəlxalq ictimaiyyətin və dünya siyasi elitasının gözündə yüksəldir”.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub. Həmçinin, bununla bağlı Milli Məclisə müraciət ünvanlanması qərara alınıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar qəbul olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3157547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR