Android cihazlarında daha bir boşluq

Android cihazlarında daha bir boşluq
21:57 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Hakerlər smartfon istifadəçilərinin şəxsi məlumatlarını ələ keçirmək üçün dayanmadan çalışırlar. Günümüzün ən vacib məsələlərdən biri olan informasiya təhlükəsizliyi bir çox istifadəçi üçün problem olaraq qalır.

Milli.Az ted.az-a istinadən bildirir ki, təhlükəsizlik üzrə tədqiqatçılar bu yaxınlarda "Google Play Store" vasitəsilə yüklənmiş tətbiqlərdə bəzi zərərli kodlar aşkar ediblər. Tədqiqatçılar hesab edirlər ki, hakerlər istifadə etdikləri tətbiqlərə bu kodu əlavə edərək insanların şəxsi məlumatlarını əldə edə bilirlər. "Strandhogg" boşluğunun sayəsində kibercinayətkarlar Android istifadəçilərinə saxta tətbiqlər göstərə bilərlər. Məsələn, hakerlər orijinal Feysbuk tətbiqini kliklədiyiniz zaman sizə saxta Feysbuku göstərə və öz zərərli proqramlarını işlədərək şifrənizi görə bilərlər.

Tədqiqatçıların fikirincə, bu boşluq bir çox tətbiqin dəstəyi ilə daha da təhlükəli hala gələ bilər və bunu göstərən nümunə video yayımlayıblar.

SMS oxumaq, GPS məlumatlarını qəbul etmək, göstərilən tətbiqlərdə parol öyrənmək və bank tətbiqlərini yoxlamaq kimi bir çox xüsusiyyətləri özündə cəmləşdirən Android zərərli proqramı on minlərlə insana ziyan verə bilər.

Qeyd edək ki, tədqiqatçılar "Google Play Protect"in zərərli proqram təminatına cavab verməkdə çətinlik çəkdiyini söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR