Baş rol oyunçusu serialdan ayrıla bilər - iddia

Baş rol oyunçusu serialdan ayrıla bilər - iddia
20:56 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Aktrisa Nurgül Yeşilçay ilə "Paramparça" serialında baş rolu paylaşan aktyor Erkan Petekkayanın layihədən ayrılacağı xəbəri yayılıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, reytinqlərdə yüksək nəticə əldə edən serialın çəkiliş meydançasında gərginlik var.

Çəkilişə axşam yorğunluğu ilə gələn və saatlarca yataraq yaradıcı heyəti gözlədən Erkana görə Nurgül etirazlarını bildirib. Aktrisa bu halların həll olunması üçün tədbir görülməsini tələb edib.

Bu həftə isə Petekkayanın serial fanatlarıyla etdiyi söhbət əsasında layihədən ayrılacağı dedi-qodusu yayılıb. Lakin serialı çəkən şirkət aktyorla görüşərək problemi həll edib. "Paramparça"dakı roluna davam edən aktyor hələ bu barədə açıqlama verməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR