Çində DeepFake videolarına qadağa gəldi: Saxta xəbərlərin qarşısı alına bilmir - VİDEO

Çində DeepFake videolarına qadağa gəldi: Saxta xəbərlərin qarşısı alına bilmir - VİDEO
22:17 5 Dekabr 2019
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

DeepFake texnologiyası bir müddət əvvəl ortaya çıxan və videolar üzərində dəyişikliklər etməyə yardım edən bir texnologiya idi. Əsasında videolardakı insan üzlərini ustalıqla bir başqasının üzü ilə dəyişərək originala yaxın dərəcədə yaxşı nəticələr əldə etmək olurdu. Lakin bu texnologiyanın yayılması saxta xəbərlərin yaranmasına səbəb oldu. Çin isə bu saxta xəbərlərdən əziyyət çəkən ölkələr sırasındadı.

Çin höküməti dəyişdirilmiş video görüntüləri, bu videoları yayımlayan servis və kanalları, saytları ölkədə qadağan edəcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, DeepFake texnologiyası xüsusi alqoritmlər istifadə edərək insanların üzlərinin müxtəlif videolara əlavə edilməsini mümkün edir. Artıq bir çox ölkədə qadağan edilən texnologiya Çində də qadağan edildi. Həmçinin bir çox məhşurların üzlərinin də Porno videolara əlavə edilməsi qlobalda çox diqqət çəkmişdi. Çinin qəbul etdiyi qərar 1 Yanvar 2020-dən etibarən qüvvəyə minəcək və heç bir platformanın bu tip videolar yayınlamasına icazə verilməyəcək.

Çinin yeni qadağalarına görə sadəcə yayımlamaq deyil, hazırlamağ və hazırlamağa yardım edən proqramlar da qadağan ediləcək.
        Qanunla bağlı qaydalar Cyberspace Administration of China (CAC) tərəfindən paylaşıldı Çin höküməti qərarı qəbul edərkən bu tip alqoritmlərlə hazırlanan yalan xəbərlərin necə fəlakətlərə səbəb ola biləcəyini dərindən müzakirə etdiklərini vurğulayırlar. Çindən başqa keçən aylarda da Kaliforniyada buna bənzər bir qanun qəbul edilmişdi. DeepFake texnologiyasının necə işlədiyini görmək üçün aşağıdakı videolara baxa bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR