Apple Watch canlı yayımda eksperti yalançı çıxardı

Apple Watch canlı yayımda eksperti yalançı çıxardı
22:42 5 Dekabr 2019
117 Maraqlı
Ölkə mətbuatı
A- A+

İstifadəçilərin həyatını asanlaşdıran "Apple Watch", hətta canlı yayımlara da müdaxilə edə bilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, BBC-nin efirində gözlənilmədən aktiv olan "Siri" meteorologiya ekspertini yalançı çıxarıb.

"Apple Watch" üzərindən istifadəçilərin komandasını gözləyən "Siri" gözlənilməyən anda da aktivləşə bilir. Gündəlik həyatda rast gəldiyimiz bu hadisə canlı yayımda baş verəndə isə ortaya komik anlar çıxır.

BBC-də hava proqnozunu təqdim edən meteorologiya eksperti Tomas Şafernaker Amerika Birləşmiş Ştatlarının bəzi bölgələrində gözlənilən soyuq hava və qarla bağlı danışan zaman "ağıllı" saatı aktivləşərək, yayıma müdaxilə edir.

Şafernaker qarla bağlı xəbərdarlıq edərkən, "Siri" qar gözlənilmədiyini elan edir. Şafernaker gözlənilməz hadisədən dolayı üzr istəyib, xəbər spikeri isə zarafatyana "ancaq sənin təxmininlə qar yağacağı gözlənilirdi" deyib.

Şafernaker canlı yayımda saatı "çalışdırmasa da" assistent bəzi kəlmələri müraciət hesab edərək, avtomatik aktivləşə bilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR