ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham edib

ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham edib
22:42 5 Dekabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti İran hakimiyyətini etiraz aksiyalarının başlanğıcından uşaqlar da daxil olmaqla, azı 1000 nəfərin qətlində ittiham edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.
"Biz Tehranda və onun ətraflarında yüzlərlə insanın qətli haqqında xəbərlər eşitdik. Həqiqət ən azı sızır, deyəsən rejim etirazların başlanğıcından mindən çox İran vətəndaşı öldürə bilib", - o deyib.
Onun sözlərinə görə, öldürülmüş insanlar arasında uşaqlar da var. Brayan Huk əlavə edib ki, etirazlar zamanı minlərlə insan yaralanıb, həmçinin minlərlə etirazçı həbsxanalara yerləşdirilib. Həbsxanalara salınanlar işgəncələrə məruz qalırlar.
Öz növbəsində İran hakimiyyəti ABŞ-ı qarışıqlıqların təşkilatçısı adlandırıb. Tehran rəsmiləri qeyd edib ki, ABŞ-ın hədəfi İran İslam Respublikasının təhlükəsizliyinin məhv edilməsidir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-i-ran-hakimiyyetini-minlerle-etirazcinin-qetlinde-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR