Redmi K30 smartfon modelinin təqdimat tədbirinin yaxınlaşması fonunda Xiaomi şirkəti Redmi Note 8 smartfon seriyasının satış göstəricilərindən danışıb. Milli.Az technote.az-a istinadən bildirir ki, şirkətin verdiyi məlumata əsasən 3 ay ərzində o, bütün dünya üzrə ümumilikdə 10 milyon ədəd Redmi Note 8 və Note 8 Pro smartfonu sata bilib. Yəni şirkət gün ərzində ortalama 110.000 smartfon satır. Bu isə həqiqətən də əla nəticədir. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Redmi Note 7 və Note 7 Pro smartfon modelləri 10 milyon satış göstəricisini yalnız 4 aydan sonra keçmişdilər.
Milli.Az