Apple gələn il 5G texnologiyalı iPhone-lar təqdim edəcək

Apple gələn il 5G texnologiyalı iPhone-lar təqdim edəcək
22:57 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Apple"ın 2020-ci ildə "iPhone" modelləri haqqında iddialar ortaya çıxmağa başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Apple"ın gələn 4 fərqli "iPhone" modeli ilə qarşımıza çıxacağı iddia edilir. Bundan başqa, "iPhone 12" seriyasının xüsusiyyətləri haqqında da bəzi ipucları ortaya çıxıb.

"JPMorgan"ın analitiki Samik Chatterjee tərəfindən irəli sürülən iddialara görə, "Apple"ın 2020-ci ildə təqdim edəcəyi 4 modelin hər biri 5G texnologiyasına  və OLED ekranlara sahib olacaq. Yəni "Apple" "iPhone 11" modelində istifadə etdiyi LCD ekranı növbəti "iPhone"ların heç birində yararlanmayacaq.

Analitikin iddiasına görə, "Apple"ın gələn il təqdi medəcəyi modellərdən 2-si çox bahalı olacaq. Digər 2-si isə uyğun qiymətlə təqdim ediləcək. Bahalı modellerin ekran ölçülərinin 6,1 və 6,7 düym olması gözləntilər arasındadır. Digər modellerin ekranının 5,4, 6,1 düym olacağı deyilir.

Bahalı modellərdə, həmçinin 3D kamera texnologiyası yer alacaq. Digər "iPhone"larda isə ikili arxa kamera dizaynına sadiq qalınacaq

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR