x
Loading...

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
23:01 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 68,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,08 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,99 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,41 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3159457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR