Fransada keçirilən etiraz aksiyalarında 3 jurnalist xəsarət alıb

Fransada keçirilən etiraz aksiyalarında 3 jurnalist xəsarət alıb
03:07 6 Dekabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Fransada keçirilən etiraz aksiyalarında 3 jurnalist xəsarət alıb.
"Report"un yerli bütosu xəbər verir ki, Türkiyənin "Anadolu" agentliyinin müxbiri Mustafa Yalgin Parisdə keçirilən aksiyalar zamanı polislərin atdığı gözyaşardıcı qaz nəticəsində yaralanıb. Müxbir hazırda xəstəxanadadır.
Dünən keçirilən etiraz aksiyaları zamanı daha iki mətbuat nümayəndəsi zərər çəkib. Belə ki, jurnalist Gaspard Glanz ayağından yaralanıb. Zərbə zamanı üstündə olan telefonu və fotoapartı sınıb. Yaralananlar arasında "Taranis News" saytının rəhbəri, jurnalist Taha Bouhafs da var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-kecirilen-etiraz-aksiyalarinda-3-jurnalist-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR