ABŞ-da soyğunçularla polis arasında atışma olub, ölənlər var

ABŞ-da soyğunçularla polis arasında atışma olub, ölənlər var
04:37 6 Dekabr 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Florida ştatında mağaza soyğunçuluğuna cəhddə, avtomobil oğurluğunda və girov götürülməsində şübhəli bilinən iki nəfər polislə atışmada öldürülüb.
"Report"un məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarına istinadən CBS telekanalı bildirib.
Polisin məlumatına görə, iki kişi zərgərlik mağazasını soymağa çalışıb, bundan sonra UPS ekspress şirkətinin yük maşınını qaçırıblar. Onlar sürücünü girov götürüblər. Polis cinayətkarları təqib edərkən cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar.
Cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. Girov götürülən şəxsin aqibəti barədə məlumat verilmir. İlkin məlumata görə, polis əməkdaşlarından heç kim zərər çəkməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-soyguncularla-polis-arasinda-atisma-olub-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR