Merkel Tokaevlə görüşdə Qazaxıstanın Himnini əyləşərək dinləyib

Merkel Tokaevlə görüşdə Qazaxıstanın Himnini əyləşərək dinləyib
05:57 6 Dekabr 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokaevlə görüşdə Qazaxıstanın Dövlət Himnini əyləşərək dinləyib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. 
Daha əvvəl Tokaevin Milli Himnin ifası zamanı ayağa qalxması, Merkelin isə oturduğunu əks etdirən videogörüntü yayılıb. AFR hökumətində təsdiq ediblər ki, Angela Merkel dövlət başçısı Kasım-Jomart Tokaevlə görüşdə Qazaxıstanın Himnini əyləşərək qulaq asıb.
"Bu quraşdırılmış görüntü deyil, kansler himnə oturaraq qulaq asırdı", - deyə Bundestaqda təsdiq ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/merkel-tokaevle-gorusde-qazaxistanin-himnini-eyleserek-dinleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR