Bu ilin ilk on ayı ərzində İstanbula 12 milyondan çox turist gəlib

Bu ilin ilk on ayı ərzində İstanbula 12 milyondan çox turist gəlib
07:12 6 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bu ilin ilk on ayı ərzində İstanbula 12 milyon 690 min 376 xarici turist gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu İstanbul valisi Ali Yerlikaya bəyan edib.

Məlumatda bildirilir ki, şəhərə gələn turistlərin əksəriyyəti almanlardır. 2019-cu ilin əvvəlindən oktyabr ayının sonunadək İstanbulu 965 min 115 Almaniya vətəndaşı ziyarət edib. Bu siyahıda ilk beşlikdə İraq, Fransa, İran və Rusiya vətəndaşları yer alırlar.

Vali şəhərə gələn xarici turistlərin sayının 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,91 faiz artdığını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı