Azərbaycan Premyer Liqasında ilin son turuna start veriləcək

Azərbaycan Premyer Liqasında ilin son turuna start veriləcək
07:22 6 Dekabr 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.
"Report"un məlumatına 2019-cu ilin və ikinci dövrənin son turunun oyunları iki günü əhatə edəcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Qış çempionluğunu rəsmiləşdirən "Qarabağ" "Keşlə"ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Kamal Umudlu idarə edəcək.
Ağdam təmsilçisi 30 xalla birinci pillədə qərarlaşıb, "Keşlə" isə 22 xalla 2-3-cü yerləri bölüşdürür.
Komandalar Premyer Liqada 60 dəfə üz-üzə gəliblər. Bunların 28-də "köhlən atlar", 13-də isə qonaqlar meydanı üç xalla tərk edib. Topların fərqində də Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın aşkar üstünlüyü var - 72:38. Tərlan Əhmədovun baş məşqçi olduğu "Keşlə" ardıcıl 3 çempionat matçında rəqibinə qol vura bilməyib və "Qarabağ" son 4 oyundan qalib ayrılıb. Birinci dövrədəki oyun da Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 1:0.
Azərbaycan Premyer Liqası, XIV tur
19:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu,  (“CBC Sport”/canlı)
Qeyd edək ki, XIV turun digər üç oyunu dekabrın 8-də olacaq. "Sabah" "Neftçi"ni, "Zirə" "Səbail"i, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-ilin-son-turuna-start-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR