Azərbaycanla Ukrayna arasında beynəlxalq yükdaşımalarının həcminin daha da artırılması ilə bağlı addımlar müzakirə olunub

Azərbaycanla Ukrayna arasında beynəlxalq yükdaşımalarının həcminin daha da artırılması ilə bağlı addımlar müzakirə olunub
10:07 6 Dekabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Vladislav Krikliy ilə görüş keçirib.
"Report" bu barədə Nazirliyə istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər barədə geniş müzakirələr aparılıb.
Eyni zamanda Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/nazir-ramin-quluzade-ukraynanin-i-nfrastruktur-naziri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı