"Saudi Aramco" IPO-dan 26 milyard dollara yaxın gəlir əldə edib

"Saudi Aramco" IPO-dan 26 milyard dollara yaxın gəlir əldə edib
10:27 6 Dekabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanın milli neft şirkəti "Saudi Aramco" səhmlərinin ilkin kütləvi tədavülündən (IPO) rekord məbləğdə - 25,59 milyard ABŞ dolları gəlir əldə edib. 
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 
Məlumata görə, şirkət səhmlərinin 1,5%-ni və yaxud 3 milyard səhmini satışa çıxarıb. İnvestorlar qiymətli kağızların hər birinə 32 rial və yaxud 8,53 dollar təklif ediblər. Ümumilikdə səhmlərə institusional investorlardan 106 milyard dollarlıq, fərdi investorlardan isə 119 milyard dollarlıq təklif olunub. 
Uğurlu IPO-dan sonra "Saudi Aramco"nun bazar dəyəri kəskin artaraq 1,7 trilyon dollara çatıb və bu baxımdan şirkət dünyada 1-ci olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/saudi-aramco-ipo-dan-26-milyard-dollara-yaxin-gelir-elde-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR