Bakıda 2 maşın toqquşub, 1 nəfər xəsarət alıb - FOTO

Bakıda 2 maşın toqquşub, 1 nəfər xəsarət alıb - FOTO
10:37 6 Dekabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ASAN Xidmət mərkəzinin yaxınlığında baş verib.

Abdullayev Elçin Yusif oğlu idarə etdiyi "NAZ Lifan" markalı minik avtomobili ilə hərəkətdə olarkən işıqforjn qırmızı işığından keçərək yoluna davam edib.

Bu zaman onun avtomobili Qasımov Ramin Mahir oğlunun idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsinə dəyib.

Zərbənin gücündən "Opel" yol kənarındakı marketə çırpılıb.

Qəza nəticəsində "NAZ Lifan"da olan sərnişin, 17 yaşlı Ağayev İlkin Rafael oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/808168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR