Fatih Terimdən gözlənilməz qərar: 5 futbolçunu göndərir

Fatih Terimdən gözlənilməz qərar: 5 futbolçunu göndərir
10:43 6 Dekabr 2019
112 İdman
Ölkə mətbuatı
A- A+

“Qalatasaray” Türkiyə kubokunun 5-ci turu çərçivəsində öz evində keçirdiyi matçda 2-ci liqa komandası “Tuzlaspor”a 2:0 hesabı ilə məğlub olub.

Publika.az xəbər verir ki, azarkeşləri şoka salan bu nəticədən sonra baş məşqçi Fatih Terim 5 futbolçunu komandadan göndərmək qərarına gəlib.

Siyahının başında Fildişi sahili ulduzu Seri var. Naqatomo da son oyunda həvəsli oyun sərgiləsə də, xətaları və nəticəsiz ötürmələri ilə komandasında kifayət qədər dəstək ola bilməyib. Azarkeşlər tərəfindən söyüldükdən sonra hələ də özünə gələ bilməyən Belhan da qış transfer pəncərəsində göndəriləcəklər arasındadır. Gəldiyi gündən bəri forma şansı tapa bilməyən Taylan isə icarəyə veriləcək. Azarkeşlərin getməsini ən çox istəyidi oyunçu Emre Mordur. Futbolçu, Terimin də gözündən düşüb. 1 illik icarəyə götürülən Mor fasilədə göndəriləcək.

Qeyd edək ki, “Qalatasaray” 2 Superliqa, 1 UEFA Çempionlar Liqası və 1 Türkiyə kuboku olmaqla, ümumilikdə, son 4 oyunda qalibiyyət sevinci yaşamayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/298285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR