"Beşiktaş" Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyununa çıxıb.
Milli.Az xəbər verir ki, İstanbul klubu doğma meydanda 3-cü liqa təmsilçisi "24Erzincanspor"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
"Beşiktaş" - "24Erzincanspor" 3:0
Qollar: Teylor Boyd, 25, Erdoğan Kaya, 45+3, Umut Nayir, 84
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 18-i keçiriləcək.
Milli.Az