Əfqanıstanda "Taliban" silahlıları ilə toqquşmalarda 10 polis ölüb

Əfqanıstanda "Taliban" silahlıları ilə toqquşmalarda 10 polis ölüb
11:57 6 Dekabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda şimalındakı Kunduz əyalətində radikal "Taliban" silahlıları ilə toqquşmalarda azı 10 polis əməkdaşı ölüb.
Bu barədə "Report" "Tolo News" telekanalına istinadən xəbər verir.
Məlumata görə, öldürülən asayiş keşikçiləri arasında polis rəisi Məhəmməd Zahir də var. Telekanal bildirib ki, döyüşlər zamanı 3 silahlı da öldürülüb.
"Toqquşmalar dünən gecə Sahib bölgəsində bir qrup yaraqlının iki polis nəzarət-keçid məntəqəsinə hücum etməsindən sonra baş verib", - Vilayət Şurasının üzvü Xaluddin Hakimi bildirib. O deyib ki, ölənlərin sayı 10-dan çox ola bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-taliban-yaraqlilari-ile-toqqusmalarda-10-polis-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR