Vladislav Krikli: "TRACECA nəqliyyat dəhlizinin imkanlarını daha da genişləndirmək lazımdır"

Vladislav Krikli: "TRACECA nəqliyyat dəhlizinin imkanlarını daha da genişləndirmək lazımdır"
12:32 6 Dekabr 2019
32 Ölkə
Ölkə mətbuatı
A- A+

"Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin imkanlarını daha da genişləndirmək lazımdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Vladislav Krikli Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib.

Nazir bildirib ki, dəhlizin inkişafı çərçivəsində üzv ölkələr tərəfindən tariflərin eyniləşdirilməsi məsələsi çox vacibdir:

"Üzv ölkələr daşıyıcılar arasında əlaqələrin genişləndirilməsi məsələsinə də böyük diqqət ayırmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/808260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı