“Nokia 2.3” smartfonu təqdim olunub

“Nokia 2.3” smartfonu təqdim olunub
12:35 6 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"HMD Global" şirkəti yeni "Nokia 2.3" smartfonunu rəsmən təqdim edib. Yeni qurğu "Android One" proqramı bazasında hazırlanıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "inforeactor.ru" saytına istinadən yazır ki, yeni "Nokia 2.3" smartfonu təmiz "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Bundan başqa, cihaz əvvəlki modellə müqayisədə daha güclü texniki xüsusiyyətlərə malikdir.

 

Smartfon 720x1520 piksel təsvir ölçülü 6,2 düymlük ekran, 5 meqapiksellik ön kamera, həmçinin 13 və 2 meqapiksellik modullardan ibarət ikiqat əsas kamera ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.

 

Smartfon "MediaTek Helio A22" prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşa malikdir. Qurğu, həmçinin "4G LTE", "Wi-Fi" (802.11 b/g/n), "Bluetooth 5.0", "GPS" və "QLONASS", FM radio, "micro USB" portuna və qulaqlıqlar üçün standart konnektora malikdir. Qiyməti 109 avro təşkil edəcək "Nokia 2.3" smartfonu dekabrın ortasında satışa çıxarılacaq.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64718-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı