Janat Beyşenov: "TRACECA dəhlizi ilə Qırğızıstandan bir milyon tonadək yük daşınıb"

Janat Beyşenov: "TRACECA dəhlizi ilə Qırğızıstandan bir milyon tonadək yük daşınıb"
12:42 6 Dekabr 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

"Avrasiya Nəqliyyat Dəhlizi (TRACECA) beynəlxalq arenada vacib rol oynayır, çünki iqtisadi səmərə gətirməklə yanaşı, həm də ölkələri və xalqları birləşdirir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qırğızıstanın nəqliyyat və yollar naziri Janat Beyşenov Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib.

Nazir bildirib ki, TRACECA müstəqil Avrasiya dəhlizidir və multimodal xarakter daşıyır. O əlavə edib ki, 2018-ci ildə TRACECA marşrutu ilə Qırğızıstandan bir milyon tonadək yük daşınıb:

"Qırğızıstanda TRACECA marşrutu üzrə iki min kilometr yol bərpa edilib. Prioritet tapşırıqlardan biri Qırğızıstan ərazisindən keçməklə Çindən Özbəkistana dəmir yolunun tikintisidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/808267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR