Bakıda qadını döyərək xuliqanlıq edən sürücü saxlanılıb

Bakıda qadını döyərək xuliqanlıq edən sürücü saxlanılıb
12:47 6 Dekabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda qadına qarşı xuliqanlıq edilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində “KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.
Xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qadini-doyerek-xuliqanliq-eden-surucu-saxlanildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı