Fransa tarixinin ən böyük tətillərindən birini yaşadığı günü geridə qoyarkən paytaxt Parisdə həyat iflic nöqtəsinə çatıb.
Publika.az xəbər verir ki, polislə iğtişaşçılar arasında qarşıdurma yaşanıb.
Ölkə miqyasında 250 müxtəlif nöqtədə təşkil edilən aksiyalara qatılma sayı rəsmi rəqəmlərə görə 806, işçi birliklərinin hesabatana görə isə 1,5 milyon nəfər olub.
Təkcə paytaxtda 250 min insan prezident Emmanuel Makronun siyasətinə etiraz edib. Təhlükəsizlik qüvvələri 90 nəfəri saxlayıb.
Tətilin bazar ertəsinə qədər davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Fransa xalqı hökumətin tətbiq etmək istədiyi təqaüd islahatına qarşı çıxır.
Zümrüd